Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

DARIXIRAM

Email :3

DARIXIRAM

Tikə-tikə ,çilik-çilik ürəyim,
Dar ayaqda kim oldu ki köməyim?
Zəhmət çəkdim ,boşa getdi əməyim.
Sevincim yol gedir durna köçündə,
Darıxıram bu dünyanın içində.

Bir bəxtim var, məndən öncə yazılmış,
Bir qəbrim var ,zaman-zaman qazılmış…
Bir ömrüm var ,qırıq-kəsik düzülmüş,
Şükr edərəm bu dünyadan köçəndə,
Darıxıram bu dünyanın içində.

Düşmənimə bilə-bilə “dost” dedim,
Ürəyimin arzusuna”döz” dedim,
Ocaq söndü ,tüstüsünə”köz” dedim.
Yanılmışam könlümə yar seçəndə,
Darıxıram bu dünyanın içində.

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts