Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

Danış mənimlə

Email :3

Danış mənimlə


Haqqa könül verdin,deyə əzdilər
Acı rəftar etdi düşmən səninlə
Haqqın yollarına tikan düzdülər
Susma ,ay ürəyim,danış mənimlə

Susma ki,susmasın ilham mələyim,
Dosta qismət olsun halal çörəyim
Danış ki,getməsin boşa əməyim,
Susma,ay ürəyim,danış mənimlə.

Hər dərdi-qüssəni içinə atma
Ayın görünməyən üzündə yatma
Üzüdönüklərin yasını tutma,
Susma,ay ürəyim,danış mənimlə.

Dan yeri sökülər zülmət içindən,
Millətim qurtular zillət içindən,
Ər oğullar doğar millət içindən
Susma,ay ürəyim,danış mənimlə

Mən ki bir qonağam ruhumla səndə,
Üçüb gedəcəyəm vaxtı gələndə.
Bu Tənha Buludu tərk etmə sən də….
Susma ,ay ürəyim,danış mənimlə.


Tamara Rustamova Tenha Bulud
www.kafiye.net


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts