Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

Dalğalan,bayrağım,əsdikcə rüzgar

Email :3

Dalğalan,bayrağım,əsdikcə rüzgar


Bu aylı-ulduzlu bayraq eşqinə
Öz canını fəda etdi oğullar.
Müqəddəs torpağa qovuşsalar da,
Ruhları bayrağı hey öpüb durar.


Dalğalan,bayrağım,əsdikcə rüzgar.
Vətən səmasında ucal vüqarla,
Dünyaya işıq saç,günəştək parla.
Əbədi sirdaş ol solmaz baharla,


Aya,ulduzlara sən salam apar,
Dalğalan,bayrağım,əsdikcə rüzgar.
Əngin səmalarda azad qartalım,
Sabaha ümidim,eşqim,amalım.


Uca mehrabımsan,səcdəndə qalım.
Şəhidlər qanını rənginə qatar,
Dalğalan,bayrağım,əsdikcə rüzgar.
Bir dəfə yüksəldin,enməzsən daha,


Uca millətimlə yol al sabaha.
Çox şükür Tanrıya,Qadir Allaha,
Hədərə getmədi tökülən qanlar,
Dalğalan ,bayrağım,əsdikcə rüzgar.


07.12.2020.Tənha Bulud
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts