Şair ve Yazarların Buluşma Sayfası

Nahidə Tağıyeva

Daha mən

Email :3

Daha mən

Daha mən uymaram yalanlarına
Sənin yalanına gözüm tox Dünya.
Əymisən mərdləri namərd önündə
Sənin əməlinə sözüm yox Dünya.

İtib ədalətin ,itib haqq sayın,
Daha ədalətin qalmayıb dünya.
Kəsilən başların tökülən qanın 
Kimsə hesabını sormayıb dünya.

Bilinmir oyunun nəyin başında.
Nədir qeyri qallar nədir davalar.
Yoxsa qəsdin varmı bütün cahana
Söylə bu qəzəbin kimədir dünya.

Bir yanın günəşdən od alıb yanır.
Bir yanın boğulub qan dənizində.
Bir yanın lüt üryan bir yanın acdır
Bir tikə çörəyə həsrətdir bəndə.

Pozulub mizanın tarazin tamam.
Mizan tarazın da indi düz gəlmir.
Əyrilr düz olub düzlərsə əyri
Nəsə danışmağa daha üz gəlmir.

Nahidə Tagıyeva Qurbanova .05.03.2019
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts