Şair ve Yazarların Buluşma Sayfası

Yegane Bagirova

Dərmanım Sənsən.

Email :3

Dərmanım Sənsən.

Ətrimi sənə verərəm,
Çiçək kimi mən solanda.
Yağış tufan qopararam,
Səni görüb hər dolanda.



Qamışam, neyə xəstəyəm,
Mən sənə niyə xəstəyəm?

Eşq adlı meyə xəstəyəm,
Daşdım,peymanəm dolanda.


Üstümə əsən küləksən,
Nə sirrsən,nə kələksən?
Elə bil kəpənəksən,
Açıram mənə qonanda.


Xəstəyəm,dərmanım sənsən,
Həm də ki,loğmanım sənsən.
Öldürsən özün bilərsən,
Amma qoy ölüm yanında.

Yegane Bagırova
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts