Şair ve Yazarların Buluşma Sayfası

Təvəkkül Goruslu

CANIMIZDAN CAN QOPUB

Email :4

CANIMIZDAN CAN QOPUB


Canımızdan can qopub,
Heç yerinə qayıtmaz.
Nə həkim, nə də təbib,
Heç kim onu oyatmaz!


Canımızdan can qopub,
Sızıldayır hər ləhzə.
Yerdə ucalıq tapıb,
Ehtiyacı yox fərzə!


Canımızdan can qopub,
Canımızmı yarımçıq?
Qanımız yerə hopub,
Deyildir adi palçıq!


Canımızdan can qopub,
Torpağa fəda olub.
Şəhid məzarı Vətən,
Baş daşı nida olub!



Təvəkkül Goruslu Məmmədov. 19.11.2020
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts