Şair ve Yazarların Buluşma Sayfası

Mezahir İsgender

Ç I X A R T M A S A M

Email :3

Erməni faşistlərinə.


Ç I X A R T M A S A M


Yağı,səndən bu qisası çıxartmasam,
Adlar içrə qoy türk adım haram olsun!
Qalaq-qalaq qalaqlansın dərdim-sərim,
Yaralardan min qat bətər yaram olsun!


Yağı,səndən bu qisası çıxartmasam,
Zəncirlənsin,qul olsun əl-ayağım da!
Elə sınım,elə tərzdə yıxılım ki,
Tapılmasın tük qədəri dayağım da!


Yağı,səndən bu qisası çıxartmasam,
Qamçılanıb,par-palansız minilim də!
Minən minsin,çapan çapsın aç-susuz da,
Nə yox deyim,nə bir durum,nə dinim mən!


Yağı,səndən bu qisası çıxartmasam,
Dizin-dizin,üzüüstə sürünüm mən!
Qor tapmasın,od-ocağım alışmasın,
Soyuq,bumbuz,bomboz külə bürünüm mən!


Yağı,səndən bu qisası çıxartmasam,
Səsləməsin,ər deməsin Oğuz mənə!
Qoy Atilla,Mete xan da yuxularda
Min zərb iə bir hey vursun qopuz mənə!


Məzahir İsgəndər
02.11.2020
(Elə indicə)
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts