Şair Məzahir İsgəndərin”Bu gecə “adlı qəzəlinə nəzirə.
Bu gecə.
Nə yazım ki,yalan yerə bu gündə,
Ötmədi bir günüm toyda-düyündə,
Rəbbimin quluyam əzəldən mən də,
Dualar edəcəm mən də bu gecə
**********
Canımı qoymağa yer tapmıram mən,
Solub-saralıbdı yamyaşıl çəmən.
Elə bağlanmışam ol Rəbbimə mən,
Ağrı-acı qalmaz təndə bu gecə.
************
Qayıt Haqq yoluna,qayıt a nadan,
Silkələn,təmizlən başdan-binadan,
Gəl daha uzaq ol,yalan-riyadan,
Əl qaldır Tanrıya sən də bu gecə.
************
Solmaz,sən də yatma dualar eylə,
Arzu-niyyətini Rəbbinə söylə,
Oxu sən Quranı,zikirlər eylə,
Qalmasın duman da,çən də bu gecə!!
Solmaz Şirvanlı
İyun 2016
www.kafiye.net





