Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Bu dünya!

Email :16


Bu dünya!

Bu dünya sirr dolu,sehr doludur,
Kiminə arxadır,vuran qoludur,
Mənimçün röyadır, həsrət yoludur,
Sirri açılmamış sirdi bu dünya!

Necə dahiləri yola saldı o,
Neçə ürəklərdə qara xaldı o,
Elə qaradinməz,sanki laldı o,
Sanma ki,sufidi,pirdi bu dünya!

Kimin sınıq edir,kimin bəxtəvər,
Kimə qan uddurur,kimə şad xəbər,
Kimisin elindən salır dərbədər,
Kimlərin gözünə tirdi bu dünya!

Udub əsrləri,qərinələri,
Neçə fatehləri,sərkərdələri,
İslamın dayağı nur peyğəmbəri,
Bilmədim aslandı,şirdi bu dünya!

Gələnlər dörd əllə tutmaq istəyir,
Ləli-cəvahirə batmaq istəyir,
Sinədən nisgili atmaq istəyir,
Sanır ki,incidi, dürdü bu dünya!

Gahdan ucaldandır,gahdan endirən,
Gahdan şölə saçan,gahda söndürən,
Olubdur peşiman onu dindirən,
Yaman qaraqabaq, kürdü bu dünya!

Heç kimə baxmayır öz işindədir,
Dünəndə,bu gündə,kecmisindədir,
Zamanın əqrəbi bil disindədir,
Özü öz dövranın sürdü bu dünya!

Zamanın gərdisin döndərən də o,
Başıma külləri əndərən də o,
Yaralı ney kimi dindirən də o,
Siz deyin,mənə nə verdi bu dünya?

Solmazı bir ömür qoydu giriftar,
Xaniman qurmuşdu etdi tarimar,
Ələdi telinə səpdi bəyaz qar,
Gah qara,gah da ağ hördü bu dünya
Siz deyin,kimə nə verdi bu dünya????


Solmaz Şirvanlı
15-12-2018
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts