Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Böləsiz

Email :13


Böləsiz

Nə olsun ki, mövzu tapıb yazıram,
Nəzər salırsınız elə-belə, siz,
Deyirəm, a milllət, mən ahu-zaram,
Qarşılayırsınız gülə-gülə, siz….

Dağ idim, başımı sis, duman aldı,
Kişilik zamanı arxada qaldı,
Bəxtim taleyimi “blok”a saldı,
Qınamayın, çünki siz də beləsiz…

Hanı dostu ilə tikəsin bölən,
Hanı idealı yolunda ölən,
Hanı duz-çörəyin qədrini bilən ?!
Nələr çəkəcəksiz, görün hələ siz….

Hanı ədəb-ərkan, hanı nəzakət,
Hanı təmiz duyğu, eşqə sədaqət,
Hanı xanımlara, böyüyə hörmət?
Sözdə azadsınız, amma köləsiz…

Boğaz dirənibdi daha qılınca,
Qaçırsız bir tikə çörək dalınca,
Gənclik təravəti üzdə solunca,
Başa vurursunuz ömrü belə, siz…

Dövranın təpiyi məni tutubdu,
Şairəmsə, demək bəxtim yatıbdı,
Cismim ruhun dəyər-dəyməz, satıbdı,
Əlac edin başım üçün külə, siz…

Çingiz üzə deyər, söyləməz dalda,
Ona görə başı hər zaman qalda,
Nə pulda gözüm yox, nə də ki, malda,
Bəlkə dərdinizi mənlə böləsiz ?!!

25.09. 2018.
Çingiz Kürdəmirli
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts