
Bir oğulun gerçək nağılı…
(Əfsanəvi pəhləvan döyüşçü,Milli Qəhrəmanımız Əliyar Əiliyevin əziz xatirəsinə)
Günlərin bir bir günü “göylərdən endi”,
Qışqırdı,ağladı ,ata sevindı.
O evdə bir beşik sevincə döndü,
Ana laylasına bükülən oğlan
-Qanı Qubadlıya tökülən oğlan.
Nəğməylə bələndi bələyi hər gün,
Dəmirə dönürdü biləyi hər gün ,
Heyrətə salırdı Fələyi hər gün,
“Cəngi” sədasıyla yekələn oğlan
-Qanı Qubadlıya tökülən oğlan.
Tanrıdan çinarlı boyunu aldı,
Qorxusuz bir ürək payını aldı,
Sevdiyi gözəllə toyunu aldı,
Adı kişilikdə çəkilən oğlan
-Qanı Qubadlıya tökülən oğlan.
Dözmürdü xalqının göz yaşlarına,
Söykədi kürəyin qardaşlarına ,
Ümid işığıydı yurddaşlarına,
Qəlbi eli üçün sökülən oğlan
-Qanı Qubadlıya tökülən oğlan.
Qılıınc qaldırdıqca zülümə,dərdə,
Qoydu xainlərin kürəyin yerdə.
Qanadın gərmişdı Vətənə,
Yurda,Adına gül,çiçək əkilən oğlan
-Qanı Qubadlıya tökülən oğlan !
Elə sevgisiylə cığır açırdı,
Düşmənə gülləylə kəfən biçirdi,
Ürəkdə qorxunu yıxdı,uçurdu ,
Düşmənə dəhşətli “yük”olan oğlan
-Qanı Qubadlıya tökülən oğlan.
Xaini, pisliyi əzib keçirdı,
Zalımın qəbrini qazıb keçirdı,
Adını tarixə yazıb keçirdi,
Adına saraylar tikilən oğlan
-Qanı Qubadlıya tökülən oğlan.
Daha tikansızdı,”Tikanlı zəmi”,
“Dronlar” aparır düşmənə “yemi”,
“Hər vaxt bizimlədir!”-söyləyir hamı,
Heykəli qəlblərdə dikələn oğlan
-Qanı Qubadlıya tökülən oğlan!
İldırım ƏLİŞOĞLU. 04.11.2020
www.kafiye.net




