Şair ve Yazarların Buluşma Sayfası

Fəridə Köçərli İbrahimova

Bir kəpənək yolun gedə bilmədik.

Email :3

Bir kəpənək yolun gedə bilmədik.

İşıqlı dünyaya biz göz açandan,
Hər istək, arzuya yetə bilmədik.
Allah yaratsa da Adəm,Həvvadan,
Onları duymadıq, nə də bilmədik
Bir kəpənək yolu gedə bilmədik.

Deyirlər kəpənək ömrü qısadır,
Atəşdə yanmagı zülüm, cəfadır.
Məqsədli ölməyin özü səfadır.
Ölümü ölümsüz edə bilmədik,
Bir kəpənək yolu gedə bilmədik.

Yalançı vədələr bizi aldadır,
Girov məzarların ruhu qaldadır,
Otuz ilə çatır gözlər yoldadır,
Bunu qeyrətlərə zədə bilmədik,
Bir kəpənək yolu gedə bilmədik.

Eşit sözlərimi, qoy könlün duysun,
Agah ol, Vətəndir qeyrət,namusun,
Evində kef çəkir Aşot, Marquşun.
Fəridə, səhv etdik, nədə? bilmədik.
Bir kəpənək yolu gedə bilmədik.


Feride Köçərli İbrahimova / 21.02.20.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts