Şair ve Yazarların Buluşma Sayfası

Nahidə Tağıyeva

Bir İgidin

Email :3

Bir İgidin

Bir igidin ömrü keçib aradan.
Necə vardın sən elə də qalmısan.
Nə gözəldir sənin yerin qadası
Ürəyimin başında yer almısan .

Çoxu gəlib vallah döyüb qapımı.
İzn istəyib keçə sənin yerinə.
Qəlb qapısı açılarmı birdənəm .
Gəlib gedən hər qonağın üzünə.

Bu nə sevda bu nə eşqdi dedilər.
Qanmayanlar mənə ağız büzdülər.
Zaman keçib bax onlarda qadası.
Eşq adında bir bəlaya düşdülər.

Çox eşitdim dedi qodu edəni.
Üzülsəm də özümə dərd etmədim.
Otuz ili qəlb evimdə əzizim 
Bir gün səni gəzdirməkdən bezmədim.

Kim nə bilir nələr keçib başımdan
Neçə qana -qadağaya düşmüşəm.
Üzüləndə hər tərəfdən əllərim 
Öz bəxtimdən gileylənib küsmüşəm.

Nahidə Tagiyeva Qurbanova / 18 .07.2019
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts