Şair ve Yazarların Buluşma Sayfası

Nazli Hacili

BİR GÜN..

Email :3

BİR GÜN..

Döşünə taxılan gül idim bir vaxt,
Soldurdun,Rəbb hesab soracaq bir gün.
Təkəbbür göstərib dolanma nahaq,
Yaradan dərsini verəcək bir gün..

Gün keçir,il ötür dolursan yaşa,
Etdiyin xətanı düşmədin başa,
Qəlbin qəlb deyildir,dönübdür daşa,
Ayrılıq canını yaracaq bir gün..

Bu hicran saçıma ələrsə dəni,
Bir gün bir başqası sorarsa məni,
Sevib,gəyər verib, ararsa məni,
Səni bu tənhalıq yoracaq bir gün.

Düşünüb,sızlayıb dərd çəkəcəksən,
Yaralı qəlbinə qəm əkəcəksən,
Kövrəlib gözündən yaş tökəcəksən,
Nazlı o gününü görəcək bir gün..

Nazlı Hacılı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts