Şair ve Yazarların Buluşma Sayfası

Nahidə Tağıyeva

Bir Deste Çiçekden

Email :3

Bir Deste Çiçekden

Bir dəstə çiçəkdən
Bir şirin sözdən
Qadınlar necə də xoşbəxt olurlar.
Bir ömür daşıyıb xatirələrə,
Qadınlar belə də xoşbəxt olurlar.
Qadınlar uyumaz, vara dövlətə.
Qadınlar aldanmaz, şana şöhrətə
Qadınlar möhtacdır ,saf məhəbbətə.
Qadınlar belə də xoşbəxt olurlar.
Bir körpə qoxusu ,körpə nəfəsi,
Qadını necə də xoşbəxt eləyir.
Bir ər nəvazişi .bir ər sevgisi.
Qadına yaşamaq həvəsi verir.

Kimsə qadınlara ovçu deməsin.
Deməsin qadınlar var oğrusudur.

Nahidə.24.11.2017
Nahide Tagiyeva Qurbanova
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts