Şair ve Yazarların Buluşma Sayfası

Nazli Hacili

BİLMİRƏM DÜNYANIN HARASINDAYAM

Email :3

BİLMİRƏM DÜNYANIN HARASINDAYAM…

Çox gözəl yaradıb Ulu Yaradan,
Sirli bir alemin röyasındayam.
Hər şey görünsə də gözə sıradan,
Mənsə möcüzələr arasındayam.

Sağım da,solum da sirrli möcüzə,
Bəzən gördüklərim sığmayır sözə,
Baxıram dağlara,baxıram düzə,
Mən bu xoşbəxtliyin kürəsindəyəm.

Sanma sahibi yox adi səsin də,
Hər şey Yaradanın öz öhdesində,
Sanıram o əngin göy qübbəsində,
Süzən bir gəminin bərəsindəyəm.

Göydə qanadlanıb uçuram bəzən,
Fikirdən,qüssədən qaçıram bəzən,
Ərşə ürəyimi açıram bəzən,
Bilmirəm dünyanın harasındayam.

O qədər nürludur həyatın özü,
Önümdə açılır bəsrətin gözü,
Qəlbimdə çağlayır sevginin közü,
Alovsuz atəşin çırasındayam..

Nazlı Hacılı.
4.06.2016.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts