Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

BAŞINDA SƏNİN.

Email :17


BAŞINDA SƏNİN..

Nə gecə ayrlır,nə gündüz səndən,
Bir yaltaq hərlənir başında sənin.
Səni gözətləyir arxadan,öndən,
Bir yaltaq hərlənir başında sənin.
*
Yaxana yapışıb gənə sayağı,
Sənsiz bir addım da atmaz ayağı,
Keyf edir,hər yerdə sənsən dayağı,
Bir yaltaq hərlənir başında sənin.
*
Kəndirlə bağlayıb o əl-qolunu,
Kəsib haqqa gedən bütün yolunu,
Göz qızıb,görmür heç sağı,solunu,
Bir yaltaq hərlənir başında sənin.
*
Dinc durmur,hər kəsə atmaca atır,
Durmadan halalı harama qatır,
Bir ona desənə yerinə otur,
Bir yaltaq hərlənir başında sənin.
*
İnsanlar içində edir səni xar,
Gün boyu çırpınır,sanki yeri dar,
Yapıxıb saçları çəkdikcə tumar,
Bir yaltaq hərlənir başında sənin.

Nazlı Hacılı.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts