Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

BAHAR

Email :17

BAHAR.

Yaşıl libasını geyib el-obam,
Gəzir addım-addım ölkədə bahar.
Məhəbbət o qədər boy atır babam,
Məhəbbət fəslidir bəlkə də bahar.
**
Sevgisiz qəlb kimi buzlaşan bulaq,
Buzunu əridir sevgi qazansın.
Gözəllər çeşməyə açırlar ayaq,
Bəlkə bəxti gülsün,elçi qazansın.
**
Quşlar nəğmə deyir biri-birinə,
Cavanlar can atır tonqal qalasın.
Qızlar dünya verər kəmər yerinə,
Bir mərdin qolunu belə dolasın.
**
Gülür arzu,istək,gülür saf amal,
Kaş belə duyğular hər qəlbə axsın.
Ondan dayanır ki,zirvədə qartal,
Vətən torpağına zirvədən baxsın..
**
Qızartı çökübdü,adi rəng deyil,
Üzümdə bu rəngi görən tül bilib.
Gözümə baxaraq nəğməsin deyir,
Deyəsən bülbül də məni gül bilib.

Nazlı Hacılı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts