Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

Bağlamışam o yolları

Email :3


Bağlamışam o yolları

Mənə gələn yollarında
Körpüləri yandırmışam.
Üzdüyün dərin sularda
Dəryanı da dondurmuşam.
Qırıldıqca şüşə könlüm
Daşa döndü.
O şəfalı yaz nəfəsim
qışa döndü
Daşları üst-üstə yiğıb
Yollarında qala tikdim.
Tikanlaşan o güllərdən
Mənə gələn yollarında
Qaratikan kolu əkdim.
O saflığım,uşaqlığım
Bitdi getdi.Böyümüşəm
Həvəsim yox dinləməyə
Uydurduğun nağılları.
Tənha Bulud sirdaşıdır
Göyün,əngin səmaların.
Bir əbədi mehman etdim
Ürəyimə tufanları.
Çağırmışam köməyimə qışı,qarı,
Bağlamışam o yolları!
Bağlamışam o yolları!

Şirazi / 10.08.2018.
Tamara Rustamova Tenha Bulud
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts