Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Esmer Bağırova

AZADDIR QARABAĞIM!

Email :16
Əsmər Bağırova

AZADDIR QARABAĞIM!


Vətən boyda səbrim var ürəyimin başında ,
Saxlamışam ümidlə gözlərimin yaşında .
Yazılıb Qarabağın torpağında, daşında
Şəhidlərin qanıyla -“Azaddır Qarabağım!”


Müjdəli xəbərlərin gəlir ətri,qoxusu,
Həsrətli gözlərimin ərşə çıxıb yuxusu.
Tarixə düşür adı,yoxdu ölüm qorxusu
Yazılır qızıl qanla-“Azaddır Qarabağım”!


Şuşamın dağlarında xəyal -xəyal dolandım ,
Laçın kimi diyarın yollarına boylandım .
Çırpınır arzularım,Qələbədir son andım .
Kəlmə -kəlmə dolaşır ürəyimdə,dilimdə-
“Azaddır Qarabağım!,”Azaddır Qarabağım!”


Əsmər Bağırova 2020.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts