Şair ve Yazarların Buluşma Sayfası

Çingiz Kürdəmirli

Ayrılıq daha pis

Email :4

Ayrılıq daha pis

Sevən ürək bu gün uzaq düşübdür,
Doğma olan obasından, elindən,
Çələng hörüb göndərirəm əlimlə,
Eşq bağımın ətir saçan gülündən.

Həyatına iz qoymuşam, ləpirəm,
Qəmli gözlərindən bir də öpürəm,
Ruhumu güllərin üstə səpirəm,
İki misra söz deyirəm dilimdən.

Mən edəni sanma ki, hər kəs edər,
Bundan sonra şerim səndən bəhs edər,
Suyum boldu, ömrün boyu bəs edər,
Məskəni sal, uzaqlaşma gölümdən.

Bəyan edə bilmədim öz sevgimi,
Qəlbim olub, sakini yox ev kimi,
Tənhalıq adamı edər dev kimi,
Qayıt, gülüm, qurtar məni zülümdən…

Gözləmirəm, yatmış bəxtim oyana,
Fələk hərəmizi atdı bir yana,
Çingizəm dözmürəm, gəlmişəm cana,
Ayrılıq daha pis, mənə ölümdən.

16. 03. 2017.
Çingiz Kürdəmirli.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts