
Aşıq olmaq istəyirəm
Gəlir bülbülün avazı
Gülə dönüb dinləyirəm.
Sən çalanda telli sazı,
Aşıq olmaq istəyirəm.
Ruhun çalır tellərində,
Saz danışır əllərində.
Bax,səhnənin bu yerində
Aşıq olmaq istəyirəm.
Çəkilir gözümdən duman,
Alır ruhumu asiman,
İlahi eşqdən yoğrulan
Aşıq olmaq istəyirəm.
Torpaqdırmı,Günəşdirmi?
Ocaqdımrı,atəşdirmi?
Saz müqəddəs bir eşqirmi?
Aşıq olmaq istəyirəm.
Saz havası ruha qida,
Vətən deyib,yanır o da
Şəhid olub,gedir fəda
Aşıq olmaq istəyirəm.
“Ruhani”də boğur qəhər,
“Koroğlu”da çalır zəfər.
Saz adamdan ürək istər,
Aşıq olmaq istəyirəm.
Dədəm Qorquddan əmanət
Tanrı verib sənə nemət.
Nəsib ola bir kəramət,
Aşıq olmaq istəyirəm.
Yenə könül edir sitəm,
Saz havası dinləyirəm,
Bir əlim saz,biri qələm,
Aşıq olmaq olmaq istəyirəm.
Tamara Rustamova Tənha Bulud 17.04.2017
wwww.kafiye.net




