Şair ve Yazarların Buluşma Sayfası

Təvəkkül Goruslu

ANIM GÜNÜNDƏ

Email :3

ANIM GÜNÜNDƏ


Bir təhər özünü saxlayır payız,
Dolsa da ağlamır Anım günündə.
Buludla gizlədir gözünü payız,
Dolsa da ağlamır Anım günündə.


Gül üzlü şəhidlər günüdü bu gün,
Düşdülər, verdilər işğalın tərgin,
Riqqətə gəlsə də, olsa da gərgin,
Dolsa da ağlamır Anım günündə.


Bu payız qələbə, zəfər payızı,
Həmin o payızın “qardaşı” azı,
Çöksə də üzünə qəmin ayazı,
Dolsa da ağlamır Anım günündə.


Küləyiylə anır, səsiylə anır,
Dumanıyla anır, sisiylə anır,
Göz yaşın içinə süzür, dayanır,
Dolsa da ağlamır Anım günündə.


İntiqam çarıqlı, qisas əsalı,
O oldu daddıran yurdla vüsalı.
Fəsillər içində qeyrət misalı,
Dolsa da ağlamır Anım günündə.




Təvəkkül Gorus.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts