Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

ANA ,SƏNƏ EHTİYACIM VAR MƏNİM..

Email :15

ANA ,SƏNƏ EHTİYACIM VAR MƏNİM..

Qoy söyləyim,çatsam da bu yaşıma,
Təzə dəyib alnım əhlət daşına,
İnan,ana ,gündə yüz yol başıma,
Pərvanətək dolansa da yar mənim,
Ana,sənə ehtiyacım var mənim.
**
Dediklərim pak bir ərkdir bəlkə də,
Bir adın da tər mələkdir bəlkə də,
Qəsdi sənə bənzəməkdir bəlkə də,
Saçlarıma tək-tək atan qar mənim,
Ana,sənə ehtiyacım var mənim.
**
Gül besledin,olammaram darı mən,
Sənə yardır yarı atam,yarı mən,
Neyləyirəm sənsiz varı,karı mən,
Başım üstən ələnsə də bar mənim,
Ana,sənə ehtiyacım var mənim..
**
Yollarından nisgilini yolmasam,
Yaşamaram səndə sevgi bulmasam,
Səndən olub,sənin kimi olmasam,
Ağrım olar,acım olar ar mənim,
Ana,sənə ehtiyacım var mənim.
**
Son zamanlar çox görürəm röyada,
Bir arzum var kök salıbdır mayada,
Əbədi qal,əbədi qal dünyada,
Bu gen dünyam qoy olmasın dar mənim,
Ana,sənə ehtiyacım var mənim..

Nazlı Hacılı.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts