Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Alçala

Email :15

Salam, dostlar. Alça yeməyi xoşlamasam da, səhər tezdən həyətə düşüb meyvə ağaclarını seyr etmək mənə ləzzət edir. Bu gün də alça ağacına baxarkən nəsə şeytan məni yoldan çıxardı ki, gərək bir təcnis yazam. Ağlıma gələni boşaltdım səhifəmə ki, mənə yük olmasın.))

Alçala
(təcnis)

Fələk çox mərdləri namərd önündə,
Nə zamandı məcbur edir alçala.
Düşmənə çevrilir arxan, önün də,
Hamı deyir ağa qara, al çala.

Bürüməsin yeri – göyü ahın, a,
Ac qarnına yax da ələ a, xına,
Dövrün nəbzini tut, qoşul axına,
Alçaldıqca günü – gündən alçal, a.

Üzündə azacıq olsun ar, ağa,
Sonunda bükülür cümlə ar ağa,*
Xaşa əlvida de, son qoy arağa,
Pivələmə!. Tapsan əgər…Alçala.

Kim deyərdi böylə olar ər səy, ə?
Göz önündə, Çingiz, dönür ər səyə…
Ya şair ol, sənət gətir ərsəyə,
Ya da aşıq kimi bir saz al, çal, a.

*Kəfən mənasında.

01.05.2020.
Çingiz Kürdəmirli.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts