Şair ve Yazarların Buluşma Sayfası

Nahidə Tağıyeva

Al Yanaklı

Email :3

Al Yanaklı

Al yanaqlı nazik bədən incə bel.
Sərvi boyu,ağ zənəxdan qara tel.
Dodaq püstə göz badamı şirin dil.
Rəsm əsəri yaradıbdır yaradan.
Gözəlliyin olub dillərdə dastan.

.Bir gözəldir ceyrana var bənzəri
yerişi var Həm nazlı həm qəmzəli
Hər görəni heyran edir mənzəri.
Rəsm əsəri yaradıbdır yaradan.
Gözəlliyin olub dillərdə dastan.

Gülüşündən quşlar gəlir həvəsə
Oxuyurlar bağda verib səs-səsə
Gəlməsin pis gözə bir pis nəfəsə.
Elə səni qorusun o yaradan.
Gözəlliyin olub dillərdə dastan

Nahidə Tağıyeva Qurbanova /26.10.2017
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts