Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Ahu – zar kimi

Email :15


Ahu – zar kimi

Bir sual verəcəm, qal intizarda,
Olmayacam sənə, havadar kimi,
Yerini deyəcəm, taparsan harda,
Bostanda, ağacda həm də, bar kimi…

Lap qədimdən məlum imiş aləmə,
Xoşlayırmış hər bir adam sən demə…
Dəymişini yesən, batarsan qəmə,
Səslənər hər sözün, ahu – zar kimi.

Çox zaman düz olur, bəzən əyilir,
Bir çox xəstəliyə dərman deyilir,
Qabıqlı, qabıqsız, hər vaxt yeyilir,
Cəhd eləsən, dönür suya, qar kimi…

Irisi – xırdası, var hər cürəsi,
Bəyənilir turşu, həm də şirəsi,
Daxildə sıraya durub dənəsi,
Uzunsovdur, girdə deyil şar kimi…

Hər fəsildə olur bizim diyarda,
Bəzəkdi süfrəyə məclisdə toyda,
Çingiz şeir yazdı ona bu boyda,
Adın çəkməyəcək gəlir ar kimi…

Çingiz kürdəmirli
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts