Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

AĞLADIM ƏMİ

Email :18

AĞLADIM ƏMİ


Gəldim o gün öpdüm daş məzarından,
Göydən çiskin düşən yaş məzarından,
Qarlı məzarından,qış məzarından,
Sarıldım daşına ağladım əmi!


Nə ata tapıram,nə də əmimi,
Bəs kimə söyləyim dərdi-qəmimi,
Qəlbimi yandıran dərd-ələmimi,
Qarlı-sərt qışına ağladım əmi!


Dolub məzarıstan sanki kənd olub,
Gedənlər qayıtmır orda bənd olub,
Hər kəsə “can”deyən dilin qənd olub,
Dünyam dar başıma ağladım əmi!


Solmazam, yazıram bu şeri sənə,
Rəhmətlər deyirəm mən dönə-dönə,
O yollar qayıtmaz,düşüb düyünə,
Gözümdə yaşıma ağladım əmi,
Sarıldım daşına ağladım əmi!


Solmaz Şirvanlı 07-02-2021
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts