Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Ağayana

Email :14


Ağayana

(təcnis)

/Bir dəyərli dostum, həm də oxucum şeirimə verdiyi rəydə 
mənim“Ağa Nəzərəm, belə gəzərəm” tərzdə yazdığımı
vurğulamışdı. Bu təcnisi də ona görə zarafatyana yazdım.
Dostumun sayəsində məncə gözəl bir şeir alındı/.

Ömür yolum tamam qüssə, kədərdi,
Bircə günüm olmayıb ağ, ay ana,
Alın yazısını pozmaq hədərdi,
Qaçammazsan “qədər”dən ağa, yana.

Gözüm yoxdu nə gövhərdə, nə zərdə,
Şair kimi olmamışam nəzərdə,
Məni görsə, qaçar Ağa Nəzər də,
Qorxar ki, ahımdan ay ağa, yana.

Gözdən kədər, sevinc yaşı axır da…
Əvvəl olan kimi, vardır axır da,
Elə etmə, yaxınların axırda,
Üz qoyduğun yerə, nə ağa yana*.

Arxa da var mənə, bilin, kölgə də,
İstəmirəm şair olam “kölgə”də,
Çingizəm, çoxunu qoydum kölgədə,
Dilimdən hər çıxan söz ağayana.!
—————————————————–
*Mənası belədir : Qazdıqları qəbirə və
kəfənə heyifləri gəlməsin.

27. 03. 2018.
Çingiz Kürdəmirli.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts