Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

Adına qurban olduğum

Email :3

Adına qurban olduğum


Urəyim küsüb-barışıb,
Səni Tanrıdan soruşub.
Ruhum ruhuna qarışıb,
Adına qurban olduğum.


Cismim cismindən uzaqda,
Ayrı-ayrı qocalsaq da,
Məhkum oldum bir yasaqda,
Adına qurban olduğum.


Aydan arı,sudan duru
Bu saf eşqi sən də qoru.
Həsrətin rəngi sapsarı,
Adına qurban olduğum.


Dərin hisslə bağlandığım,
Səhvlərinə göz yumduğum,
Dünyanı ondan umduğum,
Adına qurban olduğum.


Tənha Bulud,vəfan bəlli…
Yoxsa bir çarəsi,həlli,
Get bu sevdadan təməlli,
Adına qurban olduğum


Tamara Nadirova Tənha Bulud
www.kafiye.net


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts