Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Mubariz Hüseyn

A DAĞLAR

Email :15

A DAĞLAR

Boz qurdların oylağında nədəndir?
İndi, çaqqal meydan açıb a dağlar.
Saxsağanlar bağda şahlıq edəndir
Bir vaxt burda bülbül uçub, a dağlar.

Ot bitibdi cığırına, izinə,
Sükut düşüb yaylağına, düzünə,
Torpaq çəkib ərənləri özünə
Cavanların yurddan qaçıb, a dağlar.

Xəyallarda anır səni, hər gedən.
İntizarla, biz olmuşuq hərb edən.
Ürəyimə qəm vurduğu zərbədən
Gözlərimdən, alov saçıb a dağlar.

Gəlməyəydin siyasətin oynuna,
Sarılaydı binələrin boynuna.
Kaş, görəydim çağırıbsan qoynuna
Obalardan elat köçüb, a dağlar.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts