Şair ve Yazarların Buluşma Sayfası

Xalide Nuray.

Çeşmələr.

Email :4

Çeşmələr.




Çeşmələr qayaların,

Gözlərindən süzülən

Yaqut, inci yağışı…

Zirvəsi ağ örpəkli

Dağların sirdaşıdı.




Çeşmələr ərənlərin,

Həsrətinə səpilən,

İntizarın alqışı,

Sevgisi yarım qalan,

Qızların göz yaşıdı.




Çeşmələr axışıyla,

İnadlara tuş gələn,

Ümidlərin savaşı…

Bir uduma möhtacın,

Həyat çırpınışıdı.




Çeşmələr,bülbüllərin,

Nəğməsini bölüşən,

Xoş xəyallar dünyası…

Çiçəklərlə öpüşən

Bir cənnət röyasıdı.




Çeşmələr,göy üzündə,

Sayrışan ulduzların ,

Füsunkarlıq aynası…

Körpəsini oxşayan,

Bir ana laylasıdı.




Çeşmələr ümmanların,

Zümrüd qaşlı sonası…

Sahilsiz gözəlliyi,

Şairə ilham verən,

Şeyriyyat dəryasıdı.




Xalidə Nuray.18.01.22.

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts