Şair ve Yazarların Buluşma Sayfası

Fəridə Köçərli İbrahimova

Qanımızla su içirək

Email :4

Qanımızla su içirək

Gücsüzlüyü boynumuza,
Yad ölçüylə biçdirdilər.
Öz iynəmiz-sapımızla
Tikdirərək , geydirdilər.
Vətən dagın bagrımlza,
Qaçqınlıgı alnımıza
Möhürləyib,
Döz!
–dedilər.
Girovdakı bacımıza
Zorla düşmən doguzdurub
Binamusa çevirdilər.
Yetər , artıq!
daha bəsdir!
Bu töhməti bu millətə
Çevirməyin, qeyrətlini
Vətənində biqeyrətə!
Erməniyə qan udduran
Laçındakı o məzarlar
Dönüb olub verdizorlar*
Amin! Səbr!
deyə-deyə
Biz gedirik vecsizliyə…
Qalxın! hammız havalanaq!
,,AGILLILAR”düçününcən,
Ayaq yalın,başı açıq
Daglar aşıb ,çaylar kecək…
Bagrı qanlı lalələri
Əynimizə libas seçib,
Cadar olmuş torpagıma
Qanımızla su içirək!
Qanımızla su icirək!


Fəridə Köçerli İbrahimova


*Laçına erməninin verdiyi ad.

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts