Şair ve Yazarların Buluşma Sayfası

Nahidə Tağıyeva

Mənim səndən

Email :4

Mənim səndən

Mənim səndən başqa kimim var axı?
Ağlayanda çiyninə baş qoyası.
Sevincimi kədərimi bölməyə,
Darıxanda tez üstünə qaçası.

Mənim səndən başqa kimim var axı ?
Yıxılarkən əllərimdən tutası ,
Danışanda heç vaxt məndən bezməyən,
Sona kimi mənə qulaq asası.

Mənim səndən başqa kimim var axı?
Canı dildən mənə canı yanası.
Hər sözümə sənin kimi can deyə
Deyə nə var gözlərimin qarası.

Mənim səndən başqa kimim var axı?
Ürəyində hər vaxt yerim olası.
Gözlərimdən gözlərini çəkməyən,
Təkcə sənsən bunu anla qadası.

Nahidə 18.04.2019
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts