Şair ve Yazarların Buluşma Sayfası

Nazli Hacili

SƏNİ GƏZİRƏM

Email :4

SƏNİ GƏZİRƏM.

Yaman darıxmışam yenə səninçün,
Axtarıb hər yanda səni gəzirəm.
Özümlə çəkərək bütün dərd yükün,
Yalnız əlamanda səni gəzirəm.
*
Dağlar mənə baxır,nəsə söyləyir,
Göydə şimşək çaxır,nəsə söyləyir,
Çiskin yağış yağır,nəsə söyləyir,
Mən çəndə,dumanda səni gəzirəm.
*
Ümidsiz gümanda qalsam da özüm,
Həsrətli limanda qalsam da özüm,
Özümü yenilməz sansam da özüm,
Ən çətin anımda səni gəzirəm.
*
Sənin baxışına dan dediyimdən,
Mənə mənim kimi yan dediyimdən,
Hər kəlmə sözünə can dediyimdən,
Arayıb canımda səni gəzirəm.
*
Nazlıyam,sözümü çoxdan demişəm,
Sevinc də görmüşəm,qəm də yemişəm,
Ay aman,qəribə adam imişəm,
Sən mənim yanımda,səni gəzirəm…

Nazlı Hacılı.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts