Şair ve Yazarların Buluşma Sayfası

Solmaz ŞİRVANLI

Elə Bilmə

Email :4

Elə Bilmə

Elə bilmə nadan insan
Dünya sənə qalacaqdlr
Meyl etmə dünya varına,
İsrafil sur çalacaqdır.

Yemə yetimin malını,
Düşün bir sabahkı
halını,
Qarşıda istiqbalını,
Gözün yaşla dolacaqdır.

Ayıl,yatma yazıq insan,
Düşüncələrə dal bir an,
Yığdığın olacaq viran,
Demə sənə qalacaqdır.

Rəbbim səni qınayacaq,
Elə dərdlə sınayacaq,
Edəcək ayaqdan-ayaq,
Canına od salacaqdır.

Qaç haramdan halala sən,
Dayan,düşmə pis yola sən,
Bax önünə,həm dala sən,
Açan güllər solacaqdır.

Bəsdir Solmaz,söylədiyin,
Rəbbim bilir neylədiyin,
Yaxşı,pislik eylədiyin,
Bu dünyadan gedəndə sən,
Bircə rəhmət qalacaqdır.

31-05-2016
06-00-da
Müəllif:Solmaz Şirvanlı.
Şamaxı,Ovculu.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts