Ələnmişəm
Zalım sənin xəbərin yox,
Həsrətinə bələnmişəm.
Dönüb çiskinə,yağmura,
Çiçəklərə çilənmişəm!
Bu həsrətin adı sənsən,
Bitməz eşqin dadı sənsən
Sinəmdə köz,odu sənsən,
Bu sevdadan öləmmişəm
Gümanım sən,pənahım sən,
Başım üstə Allahım sən,
Xoş açılan sabahım sən,
Saf sevgidən ələnmişəm!
Çiskinim sən,çənim ki,sən,
Bu ömrümə qənimki,sən,
Hey deyirsən mənimkisən,
Sanki qulun,kölənmişəm.
Unut Solmaz,unut getsin,
Qoy bu bitməz sevda bitsin,
Necə edim həsrət itsin,
Bu sevdaya bələnmişəm!!!
Solmaz ŞİRVANLI
www.kafiye.net





