Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

SƏNİ UNUTMAQÇÜN SEVMEMİŞEM Kİ..

Email :14

SƏNİ UNUTMAQÇÜN SEVMEMİŞEM Kİ..


(“Görən sevgimizin günahı nədir”kitabımdan)
Deyirsən unudum səni daha mən,
Səni unutmaqçün sevməmişəm ki..
Mən öz iqbalıma hər an tənəm,tən,
Səni unutmaqçün sevməmişəm ki..
**
Belə ucuz tutma gəl məhəbbəti,
Zay etmə Rəbb verən gözəl sərvəti,
Çoxdur bu sevgimin qədri,qiyməti,
Səni untmaqçün sevməmişəm ki..
**
Razılıq eləmə heç də özündən,
Ürəyim sınıbdır acı sözündən,
Elə et düşməsin sevgin gözümdən,
Səni unutmaqçün sevməmişəm ki..
**
Nazlıyam,ürəyim eşqlə doludur,
Yolum Leyli,Məcnun,Fərhad yoludur,
Bu könlüm eşqimin sadiq quludur,
Səni unutmaqçün sevməmişəm ki..



Nazlı Hacılı.
20.11.2007.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts