şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.

Bu da belə,
Batini tuluğdan betərdir onun,
Çıxır min oyundan, dəyişir donun.
İlan qabığından keçən tək canın,
Yaydığı zəhəri qorxudur, Allah.
Hansı dəhrilərin suyundan içir?
Hansı oğruların yolundan keçir?
Yuvalar içindən yuvarlaq seçir,
Sanırsan, dayaqdır, arxadır, Allah.
Min izdə azdırır sadəlövhləri,
Misala gətirir Quran, kövsəri.
Aldadır, çatana verir dərd-səri,
Bu adam şeytanın çarxıdır, Allah.
Güngündən çoxalır, kəsilmir ardı,
Bəhrama zillətdi, İsayi dardı.
Xisləti xaraba bahardı, yardı,
Yarı şeytan olan arxıdır, Allah.
Bəhram Bilaloğlu
www.kafiye.net




Yorum Yapın