Bu ilin may ayında qəribə bir yuxu gördüm və bu yuxu

şerə çevrildi.Dəyərli dostum Gulzira Sharipova

xanım bu şeri özbəkcəyə çevirdi.Özümün də çox sevdiyim

bu şeri təkrar paylaşıram.Bir daha təşəkkürlər və sayğılar

hörmətli Gulzira xanım!


Durna



Bir yaz gecəsi yuxuma

Bir durna qonaq gəlmişdi…

Sən niyə ayrıldın qatardan belə,

Hardan uçub gəldin yuxuma mənim.



Sən niyə sinəmə çırpdın özünü,

Baxmadın azıma-çoxuma mənim.

Axı,mən kiməm ki? Söz şəkli çəkən…

Min ildi əsirəm qələmin üstdə.



Könlümdə qopubdu Nuhun tufanı,

Çıxıram sahilə ağ gəmi üstdə.

Sən necə bildin ki yanıb qanadım,

Elə o zamandan göyə həsrətəm.



Ömrümün-günümün səhmanı itib,

Nə vaxtdı sevgidən qalmışam yetim.

Necə yaşayarıq ikimiz belə?

Bizimki tutarmı? Sən-quş,mən-adam…



Bir gün göylər üçün darıxacaqsan,

Açılanda səhər,düşəndə axşam.

Sən hardan bildin ki, uça bilmirəm,

Gəlmisən dərdimə əlac etməyə.



Neyləyim,mənim ki qanadım yoxdu,

Bir gün havalanıb sənnən getməyə.

Quşlar uçub gedir…sən də dayanma,

Orda səndən ötrü darıxır yuvan.



Gün gələr mənim də qanadım çıxar,

Uçaram,uçaram lap yanınacan…



08.06.2021.
Sakif Karatoprak

ТУРНА




Баҳор тунларининг бирида

бир турна тушимда меҳмон бўлганди…

Сен нега айрилдинг қаторларингдан,

Қайдан учиб келдинг тушимга мени.



Ва нечун сийнамга ўзингни отдинг,

Қарамай боримга-йўғимга мени.

Ахир мен ким эдим?Сўз расмин чизган…

Минг йилки асирман қалам дардида.



Кўнглимда бошланиб Нуҳнинг тўфони,

Соҳилга чиқаман оппоқ кемада.

Сен қаердан билдинг, қанотим куйиб,

Учолмай осмонни соғинганимни.



Умрим-кунларимда маъно йўқолиб,

Муҳаббатдан етим қолганларимни.

Лек,қанча яшардик иккимиз шундай?

Йўлимиз тўғрими?Сен қуш,мен-одам…



Бир кун самоларни соғинажаксан,

Тонглар отганида, тушганида шом.

Сен қайдан билгандинг учолмаслигим,

Келибсан дардимга дармон бўлмоққа.



Нетайки менинг қанотларим йўқ,

Бир кун ҳаволаниб сенла кетмоққа.

Қушлар учиб кетар…сен ҳам тўҳтама,

Уянг соғингандир етиб ол омон..



Кун келар менинг ҳам қанотим чиқиб,

Учарман азизим сенга,сен томон…



Озарбайжон тилидан ўзбек тилига


Sakif Karatoprak


Гулзира Шарипова ўгирди
www.kafiye.net