OĞUL DÜŞMƏN ÇƏPƏRİDİR.

9-cu hissə.



Axşam düşmüşdü. Günəş yavaş-yavaş qürub olub, yerini zülmət gecələri aydınlığa çevirən aya təhvil verirdi. Məsmə adəti üzrə əlləri qoynunda pəncərə önündə dayanıb oğlunu gözləyirdi. O, darvaza qapısının səsini eşidib, cəld həyətə tərəf yüyürdü. Amma gələn Qabil deyil, əri Əkrəm idi. O, Əkrəmi görcək ayaq saxladı.

-Əkrəm sən idin? deyib Əkrəmin çiynindən küçəyə boylandı.

Əkrəm isə Məsmənin baxışlarından hiss etdi ki, oğlu yenə də evə gəlməyib. Buna görə də o, Məsmənin nigaran üzünə baxıb soruşdu.

-Yenə də evə gəlməyib hə?

Mənsurə başını aşağı saldı və astaca başı ilə yox cavabı verdi.

Aradan çox keçmədi ki, həyətdə Qabilin səsi eşidildi.

-Mən gəldim ana, yeməyə nəyin var?

Məsmə oğlunun səsini eşidib ürəkləndi və onu qarşılamaq üçün qapıya çıxdı.

Qabil otağa daxil olarkən atasını görüb donub qaldı sonra isə salamsız-kəlamsız masaya oturdu. Oğlunun bu hərəkəti Əkrəmə ağır gəlsə də özünü büruzə vermədi. O, ayağa qalxıb oğlu ilə masada üz-üzə oturdu və gözlərini oğlunun gözlərinə zillədi. Qabil atasının baxışları altında əzilirmiş kimi tez-tez gözlərini ondan qaçırır bu baxışlardan azad olmaq üçün sanki çabalayırdı Əkrəm evdəki sükutu pozdu və sözə başladı.

Oğlum başını qaldır gözlərimə bax. Mən sənin atanam öz doğma atan. Niyə mənə qarşı belə kinlisən axı? Günahım nədir sənin yanında deyə bilərsənmi?

Qabil asta-asta başını qaldırıb atasının solğun və yorğun üzünə baxdı.

Ata, sənin bu ziyarətini nəyə borcluyuq?

Oğlunun bu sözü Əkrəmin ürəyinə batsa da sakit olmağa çalışdı.

Bu nə sözdür oğlum məgər mən sizi heçmi ziyarət etmirəm?

Qabil kinayəli bir şəkildə gülümsündü.

Yooox niyə ki, ziyarət edirsən. Həftədə ayda bir dəfə. Bütün gününü sevimli oğlunun yanında keçirirsən.

Oğlum, mənim üçün sən də Habil də eynisiniz. Düzdür mən Habilin yanında çox vaxt keçirirəm amma, bunun da öz səbəbləri var.

Qabil yenidən gülümsünüb dedi.

Əlbəttə səbəbləri var özü də böyük səbəbləri. Habil ali təhsilli olacaq, sənin şirkətini, bu evi hətta bizi belə idarə edəcək. Mən kiməm ki?

Əkrəm oğlunun coşduğunu görüb bir as söhbətə ara verdi. Sonra isə yenidən davam etdi.

Oğlum, Habilin yanında çox olmağımın birinci səbəbi anamın onlarla yaşamasıdır.

İkinci səbəbi isə imtahanlara hazırlıq zamanı ona kömək olmaq.

Məgər sən ali təhsil almaq istəsən mən sənin yanında olmayacayammı?

Təbii ki, olacağam.

Qabil ayağa qalxıb masanı tərk etmək istəyəndə Məsmə onun qolundan tutub saxladı və yalvarışlı bir tərzdə dedi.

-Otur bala bir az atanı dinlə. Nə dərdin nə istəyin varsa söylə. Bəlkə anlaşa bilərsiniz. Qabil anasının baxışlarından onun nə dediyini hiss etdi və təkid etmədən yerinə oturdu. Əkrəm isə söhbətini davam etdi.

Bax bala bəlkə mənə deyə bilməyəcəyin nəsə var. Nə istəyirsə de təki bu kin, bu küsülülük aradan qalxın. İki qardaşsınız amma biri-birinizlə yola gedə bilmirsiniz.

Məsmə Əkrəmin sözlərindən hiss etdi ki, fürsət onun ayağına qədər gəlib çıxıb. Buna görə də onun sözünə qüvbvət verərək dedi.

Hə oğlum nə istəyirsən de. Atan səndən heç nə əsirgəməz.

Qabil anasını oynayan qaş-gözündən söhbətin nə yerdə olduğunu hiss elədi.

Yaxşı ata, o zaman mən danışım sən dinlə.

Bilirəm ki, əzəldən anamı istəməmisən buna görə də rəsmi nigahını verməmisən.Əkrəm oğlunun sözünü kəsdi. Yox oğlum nigahı verməməyimin istəklə heç bir əlaqəsi yoxdur. Mən anandan öncə Mənsurə ilə evlənmişəm. Rəsmi nigahımda onda idi. Əgər ananı nigaha salsaydım gərək Mənsurəni boşayaydım. Bunu vicdanım heç cür qəbul edə bilməzdi. Qabil əlini qaldırıb atasından bu söhbəti bitirməyi istədi və yenidən özü söhbəti davam etdi.

Yaxşı bundan keçdik. Artıq qardaşım da mən də böyümüşük amma ayrı-ayrı analarımız var. Bunun üçün də indidən mənim payımı adıma keçir mən də bilim ki, yaşamağın mənası var. Əkrəm gülümsünərək əlini oğlunun çiyninə qoydu.

Dərdin budurmu bala? Mənim sizdən başqa kimi var ki, təbii ki, nəyim varsa ikinizindir. Bölüş deyirsən bölüşərəm. Atasının bu sözündən sonra Qabilin rəngi açıldı, gözləri parlamağa başladı. Məsmə ürəyində sevinsə də sevincini hiss elətdirməməyə çalışdı. O, tez ayağa qalxıb süfrəni qurdu .

Həmin gün ilk dəfə idi ki, Əkrəmlə Qabil bərabər söhbət edə-edə bir yerdə yemək yeyirdilər. Çünki Məsmə öz gğzlərini dünya malı ilə doldurduğu kimi oğlunun beynini də doldurmuşdu.

Əkrəm yuxudan oyanıb süfrəni hazır gördükdə ilk öncə özünü Mənsurənin yanında hiss etdi. O, Məsmənin cəldliklə süfrə qurmağını, Qabilin erkən oyandığını görüb gözlərinə inanmadı. Həyatında ilk dəfə idi ki, Qabil ilə Məsmə onu işə yola salırdılar.

Həmin gündən Qabil qardaşı ilə, Məsmə Mənsurə ilə aradan buzları əritməyə başladı. Sanki bu evdə bu qədər söz-söhbət heç olmamışdı.

Artıq bir neçə gün idi ki, Məsmə və Qabil Mənsurə və Həlimənin yanından çəkilmirdilər. Onlar bir yerdə yeyib içir hətta utanmasalar bir yerdə də yatardılar. Evdə olan bu xoş münasibət Əkrəmi ruhən sakitləşdirsə də, Həlimənin damarını sancırdı. O, hiss edirdi ki, bu mehribançılığın arxasında nəsə gizlənir. Buna görə də o, oğlunu kənara çəkib bu mehribançılığın nəyə borclu olduğunu soruşdu. Əkrəm gülümsəyərək dedi.

Anacan səncə nə ola bilər?

Həlimə bildi ki, hər şey onun düşündüyü kimidir.

– Bölgü məsələsi hə? deyərək o, oğlunun üzünə baxdı. Əkrəm başı ilə hə işarəsi verib anasının çiynindən tutdu. Həlimə isə bundan daha da narahat olmağa başladı. Oğlum, əminsənmi? Mən qorxuram ki, Qabil onu da sovurub qurtara. Əkrəm sadəlövhlüklə gülümsünüb anasının saçlarını oxşamağa başladı.

-Yox ana. Bax gör Qabil nə qədər dəyişib. Artıq o sərsəri dostlarını da yada salmır. Dünən bilirsənmi neynirdi? Həlimə sual dolu baxışlarla oğlunu süzdü.

Baxçada işləyirdi inana bilirsənmi? Çiçəklərə qulluq edirdi. Bunun özü də dəyişikliyin bariz nümunəsidir. Oğlum qorxurmuş ki, onu heç bir miras buraxmayam.Bunda mənim də günahım az deyil ana. Mən düşünmədim ki, hər gün Habili öyməklə Qabilin ürəyinə bu qədər nifrət toxumu səpə bilərəm. Oğlanlarımı başıma yığıb bu məsələni həll edəcəyəm ana. Əgər problem mirasdırsa qoy bu da həll olunsun.

Həlimənin ürəyində şübhələr baş qaldırsa da heç bir söz demədi.Çünki o, uzun müddət idi ki, oğlunu bu cür sevincli görməmişdi. Elə buna görə də susmağı və olacaqları zamanın axarına buraxmağı qərara aldı.

Əkrəm ailəni başına toplayıb dedi. Bu gün hər birinizlə məsləhətli bir iş görmək istəyirəm kimsə şam yeməyindən sonra bir yerə getməsin.

Bəli elə də oldu. Hamı bu mühüm məsələnin nə olduğunu gözəl bilirdi. Təbii ki, Mənsurə və Habildən başqa.

Əkrəm söhbətə başlayanda Məsmənin gözləri canavar gözü kimi parlamaya başladı. O, əllərini üzünə, dirsəyini isə masaya söykəyib, qulaqlarını lokator kimi ərinə yönəltdi. Əkrəm söhbətə haradan başlayacağını bilmirdi. O, nəhayət ki, özünü toplayıb mətləbə keçdi.

-Balalarım və ömür gün yoldaşlarım.Bu günə qədər aranızda nə soyuqluq olubsa bu gündən onları kənara atıb, həyatınıza bax belə, bu mehribanlıqla davam etməyinizi istəyərək, bir qərar qəbul etdim.

Atamın mənə qoyub getdiyi bütün mirası sizin aranızda bölüşəcəyəm.

Amma, necə bölüşəcəyimi sizinlə bərabər həll etmək istədim. Mənə elə gəlir ki, tarix boyu, yaşanan evlər, kiçik oğula qalıb.Bunun üçün də yaşadığımız bu evi Qabilin adına keçirəcəyəm. Dəniz kənarında olan bağ evini isə Habilin adına. Habil atasının bu sözündən sonra əlini qaldırıb söz istədi. Əkrəm oğlunun ağıllı olduğunu gözəl bilirdi. Buna görə də sözü ona verdi.

Buyur oğlum.

Habil ayağa qalxaraq bir atasının, bir də ailənin üzünə baxdı. Qabilin isə rəngi boğulmuşdu. O, elə zənn edirdi ki, Habil bu məsələyə narazılığını bildirəcək. Amma əksinə oldu. Habil sözünü belə başladı.

Ata can, mən bu qərara razı deyiləm. Əvvəla hələ sən yaşlanmamısan ki, miras bölgüsü edəsən.Allah səni başımızdan əksik etməsin. İkincisi isə əgər belə bir qərarı qətiyyətlə almısansa, hörmətlə yanaşıb deyirəm. Mənim təklifim hər iki evi də Qabilin adına keçirməyindir. Bunlar evin kiçik oğlu olaraq Qabilin haqqıdır. Mən universiteti bitirib işimi quraraq evdən adəti üzrə ayrılacağam. Əkrəm oğlunun sözünü yarıda qoyub etiraz etmək istədikdə, Habil əlini qaldırıb dedi.

Etiraz istəmirəm ata. Bu bütün ailələrdə belə olub. Sənin nigahın mənim anamla davam edib Məsmə ana isə illərlə bunun həsrəti ilə yaşayıb.İzin ver onlar barı bu haqdan yararlansınlar. Bir də ki, mən özüm öz ayaqlarım üstündə durmağı sevirəm.Arzum da karyeramı özümün qurmağıdır. Əkrəm, oğlunun bu comərdliyini görüb onunla bir daha qürur duymağa başladı. Buna görə də daha onun sözünə etiraz etməyərək söhbəti davam etdirdi.

Bir qaldı bizim bu balaca şirkətimiz onu da hələ ki, özüm idarə edirəm. Gələcəkdə kim bu şirkətə layiq olsa, şirkəti ona dövr edəcəyəm. Amma Habil oğlum sənə bir təklifim də var. Heç olmazsa bunu qəbul et.Rəhmətlik babanın 10 sot torpaq sahəsi var idi. Ölümündən öncə onu sənə verməyimi xahiş etmişdi heç olmazsa onu qəbul elə. Habil babasının adını eşidən tək gözləri doldu və Babamın vəsiyyəti gözüm üstünə deyib əyləşdi. Əkrəm nə isə də demək istədi lakin sözləri bir anlığa boğazında qırılıb qaldı. Qorxdu ki, Qabil ağzından çıxacaq bu sözləri eşitsə yenidən ürəyindəki kin toxumları cücərə bilər.

Bəli, bir müddət Qabil tam ağıllı övlad kimi davranmağa başladı ta ki, mülkləri adına keçirənə qədər. Sonra isə yenidən öz sərsəri həyatına davam etməyə başladı hətta ondan daha betərini.

İçki, qumar, və sairə, və ilaxır.


Bunun Ardı var.



Metanet Duyğulu
www.kfiye.net