Ürəyimin havası





Çiskinlidir ürəyimin havası,

Yağış yağır,sel tökülür üzümdən.

Ürəyimin harasına qoyum ki,

Damla-damla düşməyəsən gözümdən.?




Küləklərdən qanad alıb uçuram,

Məntiq-duyğu süzgəcindən keçirəm,

Düşüncələr kölgəsindən qaçıram,

Addım-addım hey sürünür izimdən.




Yumruq boyda bir ürəkdə gücə bax,

Dağ ovular,bilsə dərdimi,vallah

Dilə gəlsə,şimşək kimi çaxacaq;

Sükut etsin,təvəqqem var sözümdən.




Gecə-gündüz,Ayla Günəş bizmiyik?

Dilimizdə düyünlənən sözmüyük?

Nağılmıyıq,yalanmıyıq,düzmüyük?

Səbrim ilə libas geydim dözümdən.




Çiskinlidir ürəyimin havası,

Yağış yağır,sel tökülür üzümdən

Ürəyimin harasına qoyum ki,

Damla-damla düşməyəsən gözümdən?





Tamara Nadirova Tənha Bulud 2019
www.kafiye.net