Azan səsi.

Mənim şerə həvəsim olsa da,heç vaxt nəsrə müraciət etməmişəm.

(Qüsurlarımın nəzərə alınmasını istəyirəm)

Yaxın bir xanımın söhbətini dinlədikdən sonra hekayəyə bənzər olmuş əhvalatı qələmə aldım.

1- ci hissə

Hələ Xatirə rəssamlıqda oxudugu zaman müəllimləri,tələbə yoldaşları onu gələcəyin istedadlı rəssamı kimi dəyərləndirirdilər.

…İllər sonra öz sahəsi ilə məşgul olmadıgından,özü də yaxşı bilirdi ki,indi çəkmək istədiyi rəsmər tələbə dövründə çəkdiklərindən zəifdi.

Ailə, uşaqlar,xaricdə yaşadıqlarından,rəsmlə məşgul olmaq heç yadına belə düşməmişdi.

Əsası isə onun həyat yoldaşı incəsənətlə heç maraqlanmırdı.

İllər keçdi…

Uşaqları ailə sahibi olduqdan sonra,Xatirə və yoldaşı təkliyi qəbul etməli oldular.

Xatirə darıxdıqca,internetə daha çox baglanırdı.Onu istər-istəməz əl işləri,rəsm əsəri olan səhifələr daha çox cəlb edirdi.

Evdə darıxdıgından,yoldaşıyla birgə,rəsm çəkməyə lazım olan boyalar,planjet,etidnüklər,xırda ləvazimatlara qədər alıb,bir otagı Xatirə üçün emalatxana ayırdılar.Onun sevincinin həddi-hüdudu yox idi..

Həyat yoldaşı özü də çox istyirdi ki,rəsmlərlə başın qatmaqla bərabər,illər öncə onu incitdiyi vaxtları yadından çıxara bilsin.

Xatirə yavaş-yavaş çəkdiyi əl işlərini rəsm səhifəsində yerləşdirdikcə,daha fəallaşırdı.Dostlarının xoş rəyləri onu daha da həvəsləndirirdi.

Bir neçə ay belə davam etdi.

Bir gün dostlugunda olmayan bir internet istifadəçisi onun əl işlərinə fikir bildirdi:

-Xatirə xanım,sizin qeyri-adi istedadınız ,güclü fantaziyalı obrazları yaradan kistiniz var.Sizinlə mütəxəssiz işləməsə istiqamət verilməsə,rəsm çəkmək sizin xobbiniz olaraq qalacaq.Nə qədər gec deyil siz əsərlərinizlə irəli gedə bilərsiz…

Həmin adamın adı Şahin müəllim idi,rəssamlıq kollecində müəllim işləmişdi.

Onun haqqında əlavə məlumat heç Xatirəyə maraqlı da deyildi.Ona maraqlı az da olsa, rəsm sahəsində əlavə təcrübə qazanmaq idi.

Xatirə yoldaşıyla məsləhətləşdi,o,etiraz etmədi.

-Gedib hardasa müəllim axtarmaqdansa,demir səni şifahi başa salar,ödənişin edim,öyrətsin.

Dərsə başladılar Müəllim gözlədiyindən də ugurlu alınır ,deyirdi.

Vatsapla müraicət edirdilər biri-birinə,ya səslə,ya da zənglə,yazışmayla.

Şahin müəllim öz sahəsində çox tələbkar idi.Bir dəfə Xatirənin yoldaşı tasadüfən onun sərt iradlarını eşidib,gülümsündü:

-Sərt danışsa da rəsmlərindəki irəliləyişləri mən də görürəm.

Müəllim ödəniş etməyi heç cürə qəbul etmək istəmirdi

-Mən sənətimi sevirəm, sadəcə sənə istiqamət verirəm,özün də təhsilli,güclü xanımsan,mən ancaq,,döyüşün ” qaydaların öyrədirəm sənə-deyirdi.

Vaxt olduqca,onlar dərsdən əlavə söhbətlər də edirdilər.Xatirə olduqca rahat və həvəsli olurdu,ürəyində müəllimi ilə yoldaşının diqqətsizliyini də müqayisə edirdi…

Yoldaşı ilə baglı olan həmin acı vaxtları xatırlamamaq üçün ,müəlliminin söhbətlərin,üzünü bir dəfə görmədiyi,cöhrəsinə yaraşan gülüşünü görmüş kimi gülümsünürdü.

O bilirdi ki,müəllim hardasa cüzi əmək haqqına işləyirdi,o bu məvaciblə dolana,həm də heç vaxt əsərlərini arzuladıgı sərgiyə çıxarda bilməyəcək.Xatirə çox həssas oldugundan bunu da özünə dərd kimi qəbul edirdi.

Ay tamam oldu olmadı,hər ay -orta hesabla100 manata yaxın evlərinə yaxın bir yerdə kiçik maqzinə qoyub,müəlimə əvvəlcədən xəbərdarlıq edirdi, müəlim gəlib satıcıdan götürürdü.Xatirə hiss edirdi ki,müəllimin ehtiyacı oldugundan məcburən o pulu götürməyinə üzülür.

Xatirə xanım bir dəfə hiss etdi ki,Şahin müəllim çox içkilidi.Ancaq o guya işinin çox oldugunu bildirərək,dərsi başqa vaxta keçirdiyini söylədi.

Bir anlıga Xatirə başa düşdü ki,bu dərslərin yerdəyişmə vaxtları araga görə planlaşdırılırmış

Xatirə özündə deyildi..illər öncə öz həyat yoldaşının içkiyə qurşanmagı..6 ay ayrı yaşamalarını elə bil bir daha yaşıyırdı..

Müəllimin içki düşkünü oldugunu biləndə nə edəcəyini bilmədi..

Onu da öyrəndi ki,nə səbəbdənsə,ailəsindən,ogul və qızlarından ayrı,aralı yaşayır.Gediş-gəlişləri münasibətləri olsa da dogmalarıyla.

Deyirdi ki,iki otaqlı mənzilində yaşayır-həm emalatxanası,həm də yaşayış yeriydi onun.

Xatirə araq içən məclisə daxil ola bilmirdi heç vaxt. Yeni mənzillərində bir dəfə də olsa içki içilməmişdi.

Tək ona görə yox ki ,içkiyə görə yoldaşından qəlbi qırılmışdı.Araga görə yoldaşının canına az qala qıymışdı..O yoldaşının,xanımının ki,illərlə arxasınca sürünüb,sevgisini qazanmışdı.

Xatirə müəllimlə münasibətlərinə son qoymagı qərara aldı.

Ardı gözlənilir.

Feride Köçerli İbrahimova

www.kafiye.net