Salam, dostlar. Öncə hamınızı,başda Sakit Məmmədov olmaqla, “Hər çiçəkdən bir ləçək” Almanaxının işıq üzü görməsi münasibəti İlə təbrik edirəm. Mən yalnız bir şeyə sevinirəm ki, bu kitabın sahiblərinə çatdırılması mərasimində üzünü görmədiyim bir çox dostlarla yaxından tanış oldum.

Amma ən yaxın dostum məndən inciməli olsa da, iradlarımı bildirməsəm, səhhətimə pis təsir edər ( həkim deyib ki, mənə əsəbiləşmək olmaz).

Əsas iradım redaktorlaradır.Kitabın Vahid Çəmənli tərəfindən yazılmış bir vərəq girişində çap zamanı 5-6 səhv buraxılıb. O biri redaktor isə lap “gül vurub”. Ayə, soruşan lazımdı ki, öz adını düz yaza bilməyən birisini nə adla redaktor təyin edirlər? Özünün təqdim etdiyi üç təcnisdə dörd səhv buraxıb.((( Mənə elə gəlir ki, baş redaktor Sakit dostumuz özü bu kitabın “Siqnal” nömrəsinə heç nəzər yetirməyib. Nə isə….Bir çox məqamları xırdalayıb, qanınızı qaraıtmaq fikrim yoxdur. Hamınıza uğurlar arzu edirəm. İn şə Allah, torpaqlarımız azad ediləndən sonra gözəl bir kitab çap etdirərik! P. S. Aşağıdakı şeiri bir neçə gün əvvəl yazmışdım, amma paylaşmaq istəmirdim. Vicdanımla bir neçə raund döyüşüb, sonda məğlub oldum))).

 

Kitaba xərcim çıxmadığı üçün, qəlbimdə müəllifə bir təcnisfason şeir ərməğan etmək hissi baş qaldırdı )).


Onda, nədi?


Nəşr etdirdin bir “Almanax”,

Gəl danışaq ondan Ə, di…

Görsə çəkər ha, alman ah,

Babat şeir on dənədi.


Belə məsəl də var bizdə:

-Xər*ə sığal çək, ya bizdə… (l )

Şairıksə əgər bizdə,

Səməd, Vahid** onda nədi?


Qarışıbsa baş, eybi nə,

Göz yumuram çox eybinə,

Adımda səhv var…”Ey, binəəəə”!!! (18+)
Keflisənmiş onda…Nədi!



Vərəqlədi Çingiz, baxdı,

Gətirmədi nəsə baxtı,

Eynəyi tax, yaxşı bax di,

Meqabili on dənədi***


* Eşşək.

**Səməd Vurğun, Əıağa Vahid.

***Bu kitab 10 ədəd dənə dəyər.


25. 10. 2020. Çingiz Kürdəmirli.
www.kafiye.net