Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

İldırım Əlişoğlu.

Adına İNSAN deyilən kəslərə…

Email :8

Adına İNSAN deyilən kəslərə…


(Bir ana partlayışdan ölmüş körpəsini məzara özü aparmaq istəyirdi…)


Çalış şeytanların sözünə uyma,
Qıyma uşaqların canına,qıyma.
Qıyma bu dünyadan xəbərsizlərə,
Oyma qəzəbinin gözünü ,oyma
-Körpəsin məzara verən ananın.



Dolaşır alnında qırış da,çat da,
Əzilir əsəbi dişləri altda.
Gizləyir harayın özündən belə,
Bir Allahı duyur yuxarı qatda
-Körpəsin məzara verən ananın.


Yaraşdıracağı boyları ölür,
Adını aldığı soyları ölür,
Yuyub kəfənləyir neçə sevincin,
Ona quracağı toyları ölür
-Körpəsin məzara verən ananın.


Göz yaşı buzlayıb gözündə donur,
Bəyaz rəng gizlicə saçına qonur.
Dərdlər ürəyində tonqal qalayır,
Həsrəti kor gözlü çibana dönür
-Körpəsin məzara verən ananın…


Nənni nəğmələri dönür ağıya.
Daddığı hər nemət bənzər ağuya.
İçini gəmirən nifrəti,kini
Yönəlir düşmənə ,qanlı yağıya
-Körpəsin məzara verən ananın.


Bilir ki,qansızlar qurur oyunu
Ki ,kəssin nəslini,qırsın soyunu.
Bayram etmək üçün bir gün qıisası ,
Verir,Tanrım verir, səbir payını
-Körpəsin məzara verən ananın!..



İldırım ƏLİŞOĞLU.29.10. 2020.
www.kafiye.net


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts