Ağlayan Portret

Hekayə

Qoca rəssam dərisi qırışmış əlini uzadıb armudu stəkana bayaqdan süzdüyü çayı bir nəfəsə başına çəkdi.Soyuq çay onun yangısını kəsmədi .Yenidən stəkana çay süzüb çayın içinə bir dilim limon atdı.Ayağa durub kətan üzərində yağlı boya ilə işlədiyi rəsmə diqqətlə baxdı.Gözlərini qıyıb diqqətlə süzdüyü əsər həyat yoldaşının xatirəsinə yaratdığı bir portret idi.Portretin sağ tərəfində böyüdülmüş bir şəkil var idi.Yəqin ki rəssam cizgilərdə heç bir səhvə yol verməmək üçün tez tez ona baxırdı.Alnında və gözlərinin ətrafında olan qırışlardan onun həyatının heç də xoş keçmədiyi ilk baxışdan hiss olunurdu. Portretdəki qadının isə çox gənc ,hətta rəssamdan neçə yaş kiçik olduğu aydın görsənirdi.
Şəkili diqqətlə süzüb köks ötürdü.Əlləri titrəyə-titrəyə köynəyinin döş cibindən çıxardığı gümüşü siqar qabından bir siqaret götürüb damağına qoydu.Siqareti yandırmaq üçün alışqanı gəzsə də tapa bilmədi.Stolun üstündəki siqaret dolu jülqabına nəzər saldı orda da yox idi.Bir az əsəbi bir az da sərt hərəkətlə divardakı adılqandan asılan pencəyinin ciblərini eşələdi,nəhayət ki tapdı.Siqareti yandırıb dəribdən bir qullab vurdu.Ciyərlərinə dolan acı tüstü sinəsini göynətdi.
Bir iki ağız öskürüb gözlərini pəncərəyə zillədi.
Həyatda bu kiçik otaqdan və çəkdiyi rəsmlərdən başqa heç bir şeyi olmayan adam köks ötürdü.
Uşaqlığını uşaq evində keçirən adamın üzünə həyat ilk gündən gülməmişdi.Ata ana sevgisindən mərhum uşaq evinin künc bucağında böyüsə də həyata insanlara qarşı böyük sevgisi vardı. Min bir əziyyətlə böyüsə də heç vaxt qürurunu itirmədi.Öz ayaqları üstündə durmağı bacardı.Hələ körpəlikdən rəsmə olan marağı onu bir rəssam olmağa səsləyirdi.Çəkdiyi rəsmlər hər görəni heyran edirdi.Get gedə tanınmağa başladıqca həyata baxışı da dəyişməyə başladı. Artıq həyat onun üçün daha maraqlı olmuşdu.Küçədə gəzərkən tanınmadı kiminsə onu göstərərkən gülümsəməsi ona qürur verirdi.Bir çox yerlərdən gələn təkliflər ona xeyli miqdarda gəlir də gətirmişdi.

Ardı var

Nahidə Tagıyeva Qurbanova
www.kafiye.net