Sol Yanımın

Sol yanımın ən ağrısı,acısı
Ağır yükü sən olmusan əzəldən.
Atmaq olmur nədə çəkib qopartmaq
Sən adında birisini ürəkdən.

Tən olmusan sanki mənə doğuşdan.
Hər günümün hər ayımın içində
Görən varmı mənim kimi çəkəni
Belə dərdi eyni boyda biçimdə.

Qismətimdi belə yazı bu tale.
Niyə düşdüm taleyin bəd üzünə.
Axtarıram bir cavabı yox hələ
Kim danışsın doğrusunu düzünə.

Elə bilmə səndən gəldim zinhara.
Deyinirəm gecə gündüz durmadan.
De neyniyim ay qəlbimin parası
Olmur axı səndən bir söz yazmadan



Nahidə Tağyeva Qurbanova
07.06.2020
www.kafiye.net