Qisası alınan günü

Səngərdə üşüyən bir qəmli baxış,
Qondu məktublara naxışbanaxış,
Ümidlər dolubdur, yağır bir yağış,
Həsrət ürəkləri dağlayan zaman..

Torpağı bəzəyir şəhid hünəri,
Çiçəyim bəzəyir şəhid üzləri,
Allahım qorusun bütün türkləri,
Ümidlər bulaqtək çağlayan zaman.

Öpür şəhidimin gül yanağından,
Qanlara bələnmiş nəmli qərənfil.
Öncəsi sevginin əzəl rəmzidir,
Torpağa bələnmiş qəmli qərənfil.

Bir ümid sönübdür o baş daşında,
Hünəri dastandır cavan yaşında,
Qəlbimin küncündə həsrət qaşında,
Gözləyir qisası alınan günü…
Gözləyir qisası alınan günü.




Ə.ÜLVİ Ələkbərzadə
www.kafiye.net