KÖVRƏK QƏLBİ


Yeni yağan qar belə,
üşüyürdü, həsrətindən..
Dodaqları çatlamışdı misraların,
İntizar soyuğundan…
Soyuğun kirpiklərindən 

Ayrılıq küləkləri əsirdi…
Göyün üzü sənsizliyin rənginə bürünmüşdü..
Qarın altından ki öpüşlərim
Çiçəkləmişdi səni sevdiyim gün..
Sən getdin,
Çiçəklərin yanaqlarıda üşüyür,
Ayrılığ soyuğundan..
Qəmli göz yaşları
İlmə-ilmə sökürdü,
Gecənin kövrək qəlbini..
Gecə ürəyimdə,
Ürəyimin bir küncündə
Məskən salıb,

Ümid-ümid yellənirdi…
Yaddaşlarda keçmişin izini
Həmin o, dar cığırı
Qar örtmüşdü..
Dodaqlarda “Sevirəm” kəlməsin
Don vurmuşdu..
Qar, həsrətin başına
Arzu-arzu,
Fəsil-fəsil,
Nakam-nakam yağırdı..
Nakam məhəbbətin

Göz yaşlarıydı göydən
Bulud-bulud,
Yarpaq-yarpaq
Qar ələyirdi…
Son görüş günü üçün.
Son görüş günü üçün..



Ülvi Ələkbərzadə 
www.kafiye.net