Hər vaxtınız xeyir.


Təsadüfən ” Mədənittət TV” kanalında Azərbaycan Dövlər Rəqs Ansamblının konsertinə rast gəldim.Açığı, ötüb keçmək istəyirdim, lakin kimsə məni dayandırdı sanki…
Milli musiqilərimizin sədaları altında kollektivin üzvləri sözün əsl mənasında şedevr nümayiş etdirirdilər.
Cəngi çalınırdı!…Rəqqaslar əyinlərində döyüş paltarı, elə bir döyüş səhnəsi yaratmışdılar ki, heyrətdən donub qalmışdım.Elə bil Koroğlunun, Qaçaq Nəbinin zamanına düşmüşdüm.
Ardından digər rəqs nömrəsinə keçid edildi.Xanımlar su sonası kimi süzə -süzə səhnəyə çıxdılar.Həzin musiqinin müşayiəti ilə əsl azəri xanımına məxsus, ,elə gözəl, elə səliqəli rəqs edirdilər ki..Bir – birinin ardından tamaşaçılara təqdim olunan milli rəqslərimiz necə gözəldir!Konsert milli dəyərlərimizi bütünlüklə əks etdirərək, yüksək peşəkarlıqla hazırlanmışdı.
Düşünürəm: Millətin öz milliliiyindən gözəl heç nə yoxdur!
Sözüm bayağı geyim – keçimə, ləhcəyə,həyat tərzinə üstünlük verənlərədir.
Qayıdın öz dəyərlərimizə, öz tərbiyə və əxlaqımıza, öz mədəniyyətimizə!Öz geyimlərimizə!
Bir millət olaraq, ÖZ ümüzü itirməyək, İTİRDİKLƏRİMİZİ BƏRPA EDƏK!





GÖVHƏR RÜSTƏMLİ.

www.kafiye.net